Çilidə 5,9, Fici sahillərində isə 5,7  bal gücündə zəlzələ baş verib

Çilidə 5,9, Fici sahillərində isə 5,7  bal gücündə zəlzələ baş verib
# 03 noyabr 2021 08:19 (UTC +04:00)

Çilidə 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə çərşənbə günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanın episentri paytaxt Santyaqodan 93 km şimal-şərqdə (əhali - təxminən 4,8 milyon nəfər) olub. Zəlzələnin ocağı 116 km dərinlikdə yerləşib.

Fici sahillərində isə 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat verib.

Zəlzələnin episentri təxminən 77,3 min nəfər əhalisi olan paytaxt Suvadan 900 km cənub-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib.

Hər iki hadisə ilə bağlı tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR