Çilidə prezident seçkilərinin birinci turunun nəticələri məlum olub

Çilidə prezident seçkilərinin birinci turunun nəticələri məlum olub
# 22 noyabr 2021 07:52 (UTC +04:00)

İfrat sağçı Xose Antonio Kast və solçu Qabriel Boriç ikinci tura keçməyə nail olublar.

APA-nın xəbərinə görə, bülletenlərin 66%-i sayıldıqdan sonra Çilidə prezident seçkilərinin birinci turunda ən çox səs toplamış 2 namizəd bəlli olub.

55 yaşlı vəkil Xose Antonio Kast seçicilərin 28.42%-nin etimadını toplayaraq liderlik edir. Solçu Qabriel Boriç də 25% səs qazanaraq ikinci tura keçməyə nail olub. Qalan 5 namizədin hər birinin topladığı səs miqdarı 13%-i keçməyib.

Ölkədə prezident seçkiləri ilə yanaşı parlament və yerli idarəetmə orqanlarına da seçkilər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR