Çilidə prezidentliyə namizədlər karantinə alınıb

Çilidə prezidentliyə namizədlər karantinə alınıb
# 04 noyabr 2021 05:23 (UTC +04:00)

Çilidə prezidentliyə namizədlər təbliğat kampaniyasını 1 həftəlik dayandırıblar.

APA-nın “Monde” qəzetinə istinadla xəbərinə görə, buna səbəb ən populyar namizəd hesab edilən Qabriel Boriçin koronavirusa yoluxması olub.

O, seçki kompaniyası müddətində bütün rəqibləri ilə təkbətək görüşüb. Boriç ötən gün qızdırma və öskürəkdən şikayət edərək həkimə müraciət edərkən Covid-19-a yoluxduğu məlum olub. Digər namizədlərin koronavirus testi mənfi çıxsa da karantinə alınıblar.

Namizədlərdən yalnız biri, Əhali Partiyasının sədri Franko Parisi təcrid olunmayıb. O, barəsində cinayət təqibinə görə ölkəyə gələ bilmir. Seçki kampaniyasını ABŞ-dan idarə edən namizədə aliment ödəmədiyi üçün cinayət işi açılıb.

Qeyd edək ki, Çilidə prezident seçkilərinin birinci turu noyabrın 21-nə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR