Co Bayden yenidən səlahiyyətlərinin icrasına başlayıb - YENİLƏNİB

Co Bayden, Kamala Harris

© APA | Co Bayden, Kamala Harris

# 19 noyabr 2021 23:41 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden tibbi müayinədən sonra yenidən vəzifəsinin icrasına başlayıb.

APA-nın xəbərinə görə, dövlət başçısı kolonoskopiya əməliyyatı keçirib.

Ağ Evdən verilən məlumata görə, dövlət başçısının səhhəti normaldır, özünü yaxşı hiss edir.

*****

18.47

ABŞ Prezidenti Co Bayden səlahiyyətlərini qısa müddətlik vitse-prezident Kamala Harrisə ötürəcək.

APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, Bayden tibbi müayinədən (kolonoskopiya) keçmək üçün anesteziya olunacaq, buna görə də Prezident səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Kamala Harrisə ötürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR