Dünyada aclıqdan əziyyət çəkənlərin sayı artır

Dünyada aclıqdan əziyyət çəkənlərin sayı artır
# 10 noyabr 2021 00:41 (UTC +04:00)

Son bir ildə 43 ölkədə aclıqdan əziyyət çəkənlərin sayı 45 milyon nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu statistika BMT-nin Dünya Qida Proqramı Fondunun son hesabatında yer alır. Baş ofisi Romada yerləşən qurum bildirir ki, aclıq çəkənlərin sayı il ərzində 3 milyon nəfər artıb.

Qurumun açıqlamasında göstərilir ki, yanacaq və gübrələrin bahalaşması ərzaq qiymətinin sıçrayışla artmasına səbəb olur. Yəmən və Suriyada uzun müddət davam edən münaqişə fövqəladə halın yaranmasına səbəb olub. Siyahıya son 3 ayda Əfqanıstan da əlavə edilib. Suriyada 12 milyondan çox insan qida tapmaqda çətinlik çəkir. Əfqanıstanda isə ailələr ərzaq almaq üçün uşaqlarını satmağa məcbur olurlar.

Aclıqla bağlı vəziyyətin ən ağır olduğu ölkələr sırasına Efiopiya, Somali, Anqola, Keniya, Burundi və Haiti də daxildir.

BMT-nin qurumu qeyd edir ki, aclığın aradan qaldırılmasına tələb olunan vəsaitin də həcmi ildən ilə artır. Yanvarda problemin həlli üçün 6.4 milyard dollar tələb olunurdusa, hazırda bu rəqəm 7 milyardı keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR