Fransada sanitar buraxılış rejiminə qarşı etiraz iğtişaşa çevrilib

Fransada sanitar buraxılış rejiminə qarşı etiraz iğtişaşa çevrilib
# 20 noyabr 2021 08:39 (UTC +04:00)

Fransanın Qvadalupa departamentində həftə boyu davam edən etirazların qarşısını almaq üçün komendant saatı tətbiq edilib.

APA-nın xəbərinə görə, sanitar buraxılış sənədinin əleyhdarları şinlərə və tullantı qablarına od vurub, ictimai əmlaka zərər yetiriblər.

İğtişaş zamanı 5 polis əməkdaşı və bir neçə mülki şəxs xəsarət alıb. Ondan çox sakin həbs edilib.

Qarşıdurmanın böyüməməsi üçün departamentdə komendant saatı elan edilib. Saat 18.00-dan 05.00-dək küçəyə çıxmaq qadağandır. Əraziyə əlavə polis qüvvələri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR