Haitidə məktəbə hücum zamanı 4 nəfər xəsarət aldı

Haitidə məktəbə hücum zamanı 4 nəfər xəsarət aldı
# 31 oktyabr 2021 05:41 (UTC +04:00)

Haitinin paytaxtında Port-o-Prinsdə məktəbə silahlı hücum baş verib.

APA-nın EFE agentliyinə istinadla xəbərinə görə, naməlum şəxsin atəş açması 4 nəfərin xəsarət almas ilə nəticələnib.

Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə silahlı şəxs məktəbə adam oğurluğu məqsədi ilə daxil olub. Hazırda onun axtarışları davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR