İlon Mask Asperger sindromundan əziyyət çəkdiyini etiraf edib

İlon Mask,  “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri

© APA | İlon Mask, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri

# 09 may 2021 09:09 (UTC +04:00)

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask NBC telekanalında “Saturday Night Live (SNL)” komediya verilişinin aparıcısı kimi fəaliyyətə başlayıb.

APA-nın məlumatına görə, İ. Mask ilk verilişdə Asperger sindromundan əziyyət çəkdiyini bildirib.

İ. Mask “Saturday Night Live (SNL)” verilişinin Asperger sindromundan əziyyət çəkən ilk aparıcısı olduğunu qeyd edib.

Asperger sindromu insanlar normal və yüksək intellektə malik olsalar da, onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR