“Instagram” və “Facebook”un işində problem yaranıb - VİDEO

“Instagram” və “Facebook”un işində problem yaranıb - VİDEO
# 03 noyabr 2021 23:49 (UTC +04:00)

“Instagram” və “Facebook” istifadəçiləri şəxsi hesablarından istifadə etməkdə çətinlik çəkirlər.

APA-nın xəbərinə görə, “Downdetector” saytının göstəriciləri də şəbəkələrin işində çoxsaylı nasazlıqların olduğunu göstərir.

Problemlə ilk növbədə ABŞ, Fransa, Almaniya, Polşa, Kanada və Rusiyadan olan istifadəçilər qarşılaşıblar.

“Instagram”dakı problemlər başlıca olaraq tətbiqin işləməsi və serverlə əlaqə ilə bağlıdır. “Facebook”da isə istifadəçilərin şəxsi məlumatlarına girişi çətinləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR