Kanadada daşqınlar nəticəsində azı 4 nəfər ölüb

Kanadada daşqınlar nəticəsində azı 4 nəfər ölüb
# 21 noyabr 2021 01:47 (UTC +04:00)

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində daşqınlar səbəbindən azı 4 nəfər ölüb.

APA CBC kanalına istinadən xəbər verir ki, daşqınlarla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edilib.

Yerli polisin məlumatına görə, hazırda ən azı daha bir itkin düşmüş şəxsin axtarışları davam etdirilir.

Qeyd edək ki, bölgədə leysan yağışları ötən həftənin sonunda başlayıb. Bir neçə gün ərzində 250 mm-dən çox yağıntı düşüb ki, bu da aylıq normadan artıqdır.

Bəzi yerlərdə su anbarlarında suyun səviyyəsi 3,5 m qalxıb. Bu səbəbdən on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, yerli fermalarda minlərlə ev heyvanı tələf olub.

Kanada Silahlı Qüvvələri daşqınların nəticələrinin aradan qaldırılmasına cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR