Kanadada əlverişsiz hava ciddi fəsadlar törədib

Kanadada əlverişsiz hava ciddi fəsadlar törədib
# 16 noyabr 2021 07:18 (UTC +04:00)

Kanadanın Britaniya Kolumbiyası əyalətində şiddətli leysan infrastruktura ciddi ziyan vurub.

APA-nın xəbərinə görə, intensiv yağıntı torpaq sürüşmələrinə səbəb olub.

Minlərlə evin elektrik təchizatı kəsilib, avtomobillər yollarda qalıb, neft kəmərlərinin fəaliyyəti dayandırılıb. Nəqliyyat nazirliyi bildirir ki, torpaq sürüşmələrinə görə yüzdən çox avtomobil yollarda qalıb. Yolda qalan 300-dək sərnişinin arasında uşaqlar üstünlük təşkil edir. Xəstəxanalara ondan çox yaralı gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR