Kanadada əlverişsiz hava şəraiti davam edir

Kanadada əlverişsiz hava şəraiti davam edir
# 18 noyabr 2021 01:09 (UTC +04:00)

Kanadanın Britaniya Kolumbiyası əyalətində aramsız leysan ciddi fəsad törədib.

APA-nın məlumatlara görə, Merrit şəhərində daşqın və torpaq sürüşməsi nəticəsində bir neçə ev və tikiliyə ciddi ziyan dəyib.

Nəqliyyatın hərəkəti iflic olub. Əksər ərazilərin elektrik və kommunikasiya xətlərində problemlər yaranıb. Təhlükəli ərazilərdə məskunlaşan 7000-dən çox sakin təxliyə edilib. Müvafiq qurumlar daşqının fəsadlarını aradan qaldırmağa çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR