Kanadada hərbi bazada partlayış zamanı 10 nəfər yaralanıb

Kanadada hərbi bazada partlayış zamanı 10 nəfər yaralanıb
# 19 noyabr 2021 06:12 (UTC +04:00)

Kanada Silahlı Qüvvələrinin Vankuver adasındakı (Britaniya Kolumbiyası) “Komoks” hərbi bazasında partlayış baş verib.

APA CTV kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb.

Yaralılara tibbi yardım göstərilib, onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, partlayış qeyri-yaşayış binasında təmir işləri aparılan zaman məişət qazının sızması nəticəsində baş verib.

Binanın qismən çökdüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR