Kolumbiya silahlı qruplaşması Venesuelanın 8 hərbçisini əsir götürüb

#
# 04:16
16 may 2021

Venesuelanın 8 hərbçisi Kolumbiya silahlı qruplaşması tərəfindən əsir götürüb.

APA “Frans Press”ə istinadən xəbər verir ki, bu barədə Venesuela Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə martın 21-dən toqquşmaların davam etdiyi Kolumbiya ilə sərhəddə baş verib.

Venesuela Müdafiə naziri Vladimir Padrino Lopez dövlət televiziyasında çıxışı zamanı
Bildirib ki, döyüşlər zamanı ələ keçirilən 8 peşəkar hərbçilərimizin 9 may tarixində sağ olduğunu öyrəndik: “Beynəlxalq birlik qarşısında hərbçilərimizin qaçırılmasını qınayırıq”. 

Xatırladaq ki, 2019-cu ilin fevralından Kolumbiya rəhbərliyinin Venesuela müxalifət lideri Xuan Kuaydonu Bolivariya Respublikasının müvəqqəti prezidenti kimi tanıması səbəbindən iki ölkə arasında diplomatik münasibətlər kəsilib. 
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR