Kuba “Twitter”i ölkədəki sabitliyi pozmaqda ittiham edib

Kuba “Twitter”i ölkədəki sabitliyi pozmaqda ittiham edib
# 14 noyabr 2021 03:21 (UTC +04:00)

Kubanın Xarici İşlər Nazirliyi “Twitter” sosial şəbəkəsini ölkədəki vəziyyəti təhrif etməkdə ittiham edib.

APA-nın xəbərinə görə, nazir Bruno Rodriqes Parrilya bildirib ki, “Twitter” ölkədəki sabitliyi pozmaq üçün müxtəlif alqoritmlərdən istifadə edir.

“Alqoritmlərlə kobud manipulyasiya edilərək ölkə əhalisinin çoxunun hökumətdən narazı olduğu barədə təsəvvür yaradılır” deyə diplomat əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl nazir “Facebook”a qarşı da oxşar ittihamlar səsləndirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR