Meksikada naməlum şəxslər kütləyə atəş açıb, 4 nəfər ölüb, 7 nəfər yaralanıb

Meksikada naməlum şəxslər kütləyə atəş açıb, 4 nəfər ölüb, 7 nəfər yaralanıb
# 22 noyabr 2021 23:53 (UTC +04:00)

Meksikanın Miçoakan ştatının Sitakuaro bölgəsində naməlum şəxslər xoruz döyüşünə tamaşa edən kütləyə silahlı hücum edib.

APA yerli “Televisa” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində tamaşaçılardan 4-ü ölüb, 7-si yaralanıb.

Silahlılar naməlum istiqamətə qaçıblar. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin motivləri barədə məlumat açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR