Meksikada naməlum şəxslər tərəfindən 10 nəfər öldürülüb

Meksikada naməlum şəxslər tərəfindən 10 nəfər öldürülüb
# 19 noyabr 2021 01:20 (UTC +04:00)

Meksikanın Zakatakas ştatının Kuautemok bölgəsində 10 nəfər qətlə yetirilib.

APA xəbər verir ki, bu barədə Regional Sülh və Təhlükəsizlik Komissiyasının yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, cəsədlərdən 9-u federal magistralın üzərindəki piyada körpüsünün altında, digər biri isə yolda tapılıb. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Qətllə bağlı bölgədəki cinayətkar dəstələrdən heç biri məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR