Meksikada qaz kəmərində baş verən partlayışda ölənlərin sayı iki nəfərə çatıb 

Meksikada qaz kəmərində baş verən partlayışda ölənlərin sayı iki nəfərə çatıb 
# 05 noyabr 2021 00:20 (UTC +04:00)

Meksikanın Puebla ştatında oktyabrın 31-də qaz kəmərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin regional səhiyyə departamenti “Twitter”də məlumat yayıb.

“62 yaşlı qadın bədən səthinin 72%-nin ikinci və üçüncü dərəcəli yanıqlar aldıqdan sonra dünyasını dəyişib. Partlayış nəticəsində daha bir nəfər ölüb, altı uşaq olmaqla, təxminən 15 nəfər yaralanıb. 13 nəfər xəstəxanalara yerləşdirilib, onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir”, məlumatda bildirilib.

Qeyd edək ki, partlayışa səbəb qaz kəmərinə qanunsuz qoşulma olub. Partlayış nəticəsində 50-yə yaxın ev dağılıb və ciddi ziyan dəyib. Hadisə yerinə yaxın ərazilərin 2 mindən çox sakini təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR