Meksikada qaz kəmərində güclü partlayış olub, ölən və yaralananlar var

Meksikada qaz kəmərində güclü partlayış olub, ölən və yaralananlar var
# 01 noyabr 2021 00:19 (UTC +04:00)

Meksikanın Puebla ştatında qaz kəmərinin kəsilərək qeyri-qanuni müdaxilə edilən hissəsində güclü partlayış baş verib.

APA-nın məlumatına görə, bu barədə ştatın Xilasetmə xidmətinin “Tvitter” səhifəsində yazılıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.

Ətrafdakı yaşayış məntəqələrindən 2 minə yaxın sakin təxliyə edilib. 50-dən çox evə ziyan dəydiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR