Nigeriyada son 11 il ərzində terrorçular tərəfindən 2000-dən çox müəllimi öldürülüb

Nigeriyada son 11 il ərzində terrorçular tərəfindən 2000-dən çox müəllimi öldürülüb
# 05 noyabr 2021 05:17 (UTC +04:00)

“Son 11 ildə Nigeriyanın Adamava, Borno və Yobe ştatlarında "Boko Haram" terror qruplaşması tərəfindən 2300-ə yaxın müəllim öldürülüb, daha 19 min nəfər isə didərgin düşüb”.

APA yerli "Leadership" nəşrinə istinadən xəbər verir ki, bunu Şimal-Şərqi Nigeriya İnkişaf Komissiyasının icraçı direktoru Məhəmməd Alkali deyib.

M.Alkali bildirib ki, Nigeriyanın şimal-şərqində təhsil artıq tənəzzülə uğrayıb, “Boko Haram”ın hücumları ilə təhsildə dərin böhran yaranıb. Onun sözlərinə görə, 2014-cü ildən bəri, təxminən 1500 məktəb dağıdılıb.

Qeyd edək ki, bundan əvvəl Nigeriya Prezidenti Muhammed Buhari ölkədə 12 milyondan çox şagirdin quldurlar tərəfindən pul qarşılığında qaçırılacaqlarından qorxaraq məktəbə getməkdən imtina edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR