“Omikron” ştammı ilə  bağlı 8 ölkənin vətəndaşlarına ABŞ-a giriş məhdudlaşdırılır

ABŞ Prezidenti Co Bayden

© APA | ABŞ Prezidenti Co Bayden

# 27 noyabr 2021 06:12 (UTC +04:00)

“ABŞ noyabrın 29-dan etibarən koronavirusun yeni aşkar edilmiş “Omikron” ştammı ilə bağlı Afrikanın 8 ölkəsindən gələn vətəndaşlara ölkəyə girişi məhdudlaşdıracaq”.

APA-nın məlumatına görə, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Prezident bildirib ki, artıq yeni ştamm haqqında məlumatlandırılıb: “Ehtiyat tədbiri olaraq, daha çox məlumat əldə edənə qədər Cənubi Afrikadan və digər yeddi ölkədən hava nəqliyyatı ilə ölkəyə gələnlərə məhdudiyyətlər qoymağa göstəriş verdim. Yeni məhdudiyyətlər noyabrın 29-da qüvvəyə minəcək. Tibb sahəsində məsləhətçilərimlə elmi sübutları və tövsiyələri rəhbər tutmağa davam edəcəyik”.

CNN-in məlumatına görə, məhdudiyyətlər Cənubi Afrikadan başqa Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə də şamil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR