Rusiya Təhlükəsizlik Şurasının katibi ABŞ MKİ-nin direktoru ilə görüşüb

Nikolay Patruşev, ilyam Berns

© APA | Nikolay Patruşev, ilyam Berns

# 02 noyabr 2021 18:12 (UTC +04:00)

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns arasında görüş olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

N. Patruşev və U. Berns arasında görüş Moskvada keçirilib.

“Tərəflər ABŞ-Rusiya əlaqələrini müzakirə ediblər”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR