“Tesla” kriptovalyuta ilə elektromobil satışını dayandırıb

bitkoin

© APA | bitkoin

# 13 may 2021 19:26 (UTC +04:00)

ABŞ-ın elektromobil istehsalçısı olan “Tesla” şirkəti kriptovalyuta ilə satışı dayandırıb.

APA-nın məlumatına görə, şirkətin rəhbəri İlon Mask “Tvitter” mikrobloqunda yazıb ki, mayninq və bitkoin əldə edilməsi əməliyyatları üçün enerji mənbəyi kimi atmosferə zərərli tullantıların atılmasına səbəb olan yanacaqdan, xüsusən daş kömürdən istifadə edilməsindən narahatdırlar.

İ. Mask bildirib ki, kriptovalyutanın yaxşı gələcəyi var, ancaq şirkət ətraf mühitə ziyan vurmağa imkan verə bilməz: "“Tesla” kriptovalyutaların yenilənən enerji mənbələrindən istifadə nəticəsində əldə edilənə qədər bitkoinlə satışları dayandırır”.

“Tesla” ilə bağlı xəbərdən sonra bitkoin 15 faizdən çox ucuzlaşaraq 46,2 min dollara düşüb.

Qeyd edək ki, “Tesla” ABŞ-dan olan müştərilərə bitkoinlə elektromobil satışına martın 24-də icazə vermişdi. Sonrakı mərhələdə isə digər ölkələrdən olan müştərilərə bitkoinlə elektromobil almağa icazə verilməsi nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR