Venesuelada 12 mindən çox musiqiçinin iştirakı ilə keçirilən konsert rekordu yeniləyib

Venesuelada 12 mindən çox musiqiçinin iştirakı ilə keçirilən konsert rekordu yeniləyib
# 21 noyabr 2021 07:44 (UTC +04:00)

Venesuela 12 mindən çox ifaçının iştirak etdiyi konsert Ginnesin Rekordlar kitabına düşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Nikolas Maduro bildirib.

“Bu gün Venesuela ən böyük simfonik orkestrin ifasında Ginnesin rekordu qırıldı. Əvvəllər bununla bağlı Ginnesin rekordu Rusiyaya məxsus idi. Rusiya orkestri ikiqat artırsa, biz də ikiqatını edəcəyik”, deyə prezident gülümsəyərək vurğulayıb.

Qeyd edək ki, bir həftə əvvəl Venesuelanın milli gənclər və uşaq orkestrləri və xor kollektivləri Pyotr Çaykovskinin “Slavyan marşı”nı ifa edərək dünyanın ən böyük orkestri kimi Ginnesin rekordlar kitabına düşmək üçün 12 098 musiqiçinin iştirakı ilə konsert verib.

Qaydalara görə, orkestrin bütün üzvləri peşəkar musiqiçi olmalı, minimum beş dəqiqə müddətində öz musiqi alətində ifa etməlidir.

Xatırladaq ki, 2019-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində 8097 musiqiçi Rusiya himnini ifa edərək rekord vurmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR