ABŞ ordusunun komandanı İrana aviazərbələr hazırlandığı ilə bağlı xəbərləri təkzib edib

ABŞ ordusunun komandanı İrana aviazərbələr hazırlandığı ilə bağlı xəbərləri təkzib edib
# 28 fevral 2007 13:25 (UTC +04:00)
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Piter Peys İrana aviazərbələr hazırlandığı ilə bağlı xəbərləri təsdiqləməyib. APA-nın xəbərinə görə, P. Peys Konqres üzvləri qarşısındakı çıxışında Pentaqon ekspertləri tərəfindən İranın bombalanması ilə bağlı plan hazırlandığına dair yayılan xəbərləri təkzib edib. Xatırladaq ki, “The New Yorker” jurnalının əməkdaşı Seymur Herş Pentaqonun bir neçə aydır İrana aviasiya zərbələri endirilməsi ilə bağlı plan üzərində işlədiyini yazmışdı. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR