Ukrayna müxalifətinin lideri Yuliya Timoşenko ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşəcək

Ukrayna müxalifətinin lideri Yuliya Timoşenko ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşəcək
# 01 mart 2007 15:43 (UTC +04:00)
ABŞ-a səfərə gedən Ukrayna müxalifətinin lideri Yuliya Timoşenko Vaşinqtonda yüksək səviyyədə qəbul olunacaq. APA-nın xəbərinə görə, Y. Timoşenkonun ABŞ-ın vitse-prezidenti Dik Çeyni, dövlət katibi Kondoliza Rays və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Stiven Hedli ilə görüşləri planlaşdırılıb. Onun Con Makkeyn, Riçard Luqar kimi məşhur senatorlarla görüşü də nəzərdə tutulub. Qeyd edək ki, Y. Timoşenkonun ABŞ-a səfəri fevralın 27-də başlayıb. O, Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində çıxış edib və sabiq dövlət katibi Madlen Olbraytla görüşüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR