Senatın Xarici İşlər Komitəsi Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə dəstək verən qanun layihəsini qəbul edib

Senatın Xarici İşlər Komitəsi Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə dəstək verən qanun layihəsini qəbul edib
# 07 mart 2007 11:13 (UTC +04:00)
ABŞ Senatının Xarici İşlər Komitəsi Gürcüstan və Ukraynanın NATO-ya üzv olmasına dəstək verən qanun layihəsini bəyənib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, “Azadlığın NATO-da konsolidasiyası haqqında akt” adlanan sənəddə Gürcüstan və Ukraynanı alyans üzvlüyünə hazırlamaq üçün bu ölkələrə maliyyə yardımı ayrılması nəzərdə tutulur. Qanun layihəsini məşhur respublikaçı senatorlar Riçard Luqar, Con Makkeyn, demokrat Kristofer Dodd və başqaları hazırlayıblar. Sənəddə Gürcüstan və Ukrayna ilə yanaşı, Albaniya, Xorvatiya və Makedoniyanın da NATO-ya qəbulunun dəstəklənməsi əksini tapıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR