ABŞ Senatına da “erməni soyqırımı” ilə bağlı qanun layihəsi təqdim olunacaq

ABŞ Senatına da “erməni soyqırımı” ilə bağlı qanun layihəsi təqdim olunacaq
# 09 mart 2007 08:43 (UTC +04:00)
Uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsi Nümayəndələr Palatasından sonra Senata da təqdim ediləcək. APA-nın ABŞ bürosunun xəbərinə görə, İllinoys ştatından seçilmiş demokrat senator Riçard Durbin uydurma “soyqırım”ın tanınmasını nəzərdə tutan qanun layihəsini Konqresinin yuxarı palatasına təqdim edəcəyini açıqlayıb. Kaliforniya ştatından seçilmiş senator Diana Feynşteyn isə layihənin həmmüəllifi kimi çıxış etmək niyyətində olduğunu bildirib. Senator R. Durbinin təşəbbüsü Nümayəndələr Palatasına eyni məzmunlu layihə təqdim etmiş konqresmenlər Adam Şiff və Frenk Pallone, həmçinin Amerika Erməni Assambleyası tərəfindən alqışlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR