Dünya milyarderlərinin siyahısına yenə Bill Geyts başçılıq edir

Dünya milyarderlərinin siyahısına yenə Bill Geyts başçılıq edir
# 09 mart 2007 12:19 (UTC +04:00)
ABŞ-da nəşr olunan “Forbes” biznes həftəliyi dünyadakı milyarderlərin növbəti illik reytinqini açıqlayıb. APA-nın xəbərinə görə, 2006-cı ilin yekunlarına əsasən dünyada milyarderlərin sayı artıb və hazırda 946 nəfərdir. Bu şəxslərin ümumi kapitalı 3,5 trilyon dollar təşkil edir. Onlardan 415-i amerikalıdır. Siyahıya son 13 ildə olduğu kimi, yenə də “Microsoft” korporasiyasının yaradıcısı, amerikalı Bill Geyts başçılıq edir. Onun kapitalı 56 milyard dollardır. Rusiyalılar arasında ən varlı iş adamı isə Roman Abramoviçdir. Siyahıda 16-cı yerdə olan Çukotka qubernatorunun 18,7 milyard dollar pulu var. İlk “yüzlük”də daha 13 rusiyalı yer alıb. “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov 12,4 milyard dollarlıq sərvəti ilə 48-ci pillədədir. “Yüzlük”də sonuncu yeri 7,3 milyard dollarla amerikalı Sameul Nyuhaus tutur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR