ABŞ-da Ermənistan istehsalı olan mineral suların satışı qadağan olunub

ABŞ-da Ermənistan istehsalı olan mineral suların satışı qadağan olunub
# 10 mart 2007 09:11 (UTC +04:00)
APA-nın Amerika bürosunun məlumatına görə, mineral suların hər üçü ölkənin məşhur “Cermuk” markasına məxsusdur. Təşkilatın apardığı araşdırma zamanı bəlli olub ki, mineral suların tərkibində zəhərli arsen preparatı var. İstehlakçılar üçün yayılan xüsusi bəyanatda deyilir ki, tərkibində arsen preparatı olan suyun istifadəsindən bir həftə sonra insanın böyrəkləri, ağ ciyəri, dərəsi, qan və sinir sistemləri sıradan çıxır. Zəhərlənmənin genişlənməsi xərçəng və hətta ölümə səbəb ola bilər. Qida Məhsulları və Dərman Preparatlarına Nəzarət İdarəsi bu sulardan istifadə etmiş insanlara onlarla tez bir zamanda əlaqə yaratmağı tövsiyə edib və araşdırmalarını davam edəcəyini bildirib./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR