ABŞ Nümayəndələr Palatası 2008-ci il sentyabrın 1-nə qədər ordunun İraqdan çıxarılması barədə qərar qəbul edib

ABŞ Nümayəndələr Palatası 2008-ci il sentyabrın 1-nə qədər ordunun İraqdan çıxarılması barədə qərar qəbul edib
# 24 mart 2007 15:27 (UTC +04:00)
Müxalif demokratların çoxluqda olduğu aşağı palatanın bu addımı prezident Buşu qəzəbləndirib. O, Nümayəndələr Palatasının belə bir qərar qəbul etməyə hüququ olmadığını bildirərək, bu orqanı səlahiyyət həddini aşmaqda ittiham edib. Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Hedli isə deyib ki, ordunun vaxtından əvvəl İraqdan çıxarılması halında yerli qüvvələr ölkədə təhlükəsizliyi təmin edə bilməyəcək, nəticədə ölkə terrorçular üçün cənnətə çevriləcək. O, prezidentin qərara veto qoyacağını açıqlayıb. Müşahidəçilərin rəyinə görə, bu, prezidentlə Nümayəndələr Palatası arasında qarşıdurmanı gücləndirəcək. Martın 26-da Konqresin yuxarı palatası Senatın da məsələyə münasibət bildirəcəyi gözlənilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR