BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaları nəzərdə tutan növbəti qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaları nəzərdə tutan növbəti qətnamə qəbul edib
# 25 mart 2007 11:09 (UTC +04:00)
Onlardan 1/3-i İranın Ali Hərbi Korpusu olan İslam İnqilabının Mühafizəçiləri ilə əlaqəsi olandır. Əvvəl olduğu kimi, budəfəki qətnamənin də BMT Nizamnaməsinin 7-ci bəndinin 41-ci maddəsinə əsasən qəbul edildiyi bildirilir. Həmin maddəyə görə, İrana şamil olunmuş bu və ya digər tələblər yerinə yetirilməyəcəyi təqdirdə, hər hansı zor, o cümlədən hərbi güc tətbiq oluna bilməz. Qətnaməyə münasibət bildirən İranın xarici işlər naziri Manuçöhr Mottəki isə bəyan edib ki, heç bir siyasi və iqtisadi qadağalar, o cümlədən ən sərt sanksiyalar belə İran xalqını qanuni haqqından imtinaya məcbur edə bilməz: “Uranın zənginləşdirilməsinin dayandırılması məsələsi gündəlikdə yoxdur”. O, rəsmi Tehranın danışıqlara hazır olduğunu bir daha vurğulayıb: “Lakin bu o halda mümkündür ki, ABŞ və Avropa İttifaqı uranın zənginləşdirilməsinin dayandırılmasını ön şərt kimi irəli sürməsin”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR