Corc Buş Gürcüstan və Ukraynanın NATO-ya üzv qəbul olmaq meyllərini dəstəkləyən qanun layihəsini imzalayıb

Corc Buş Gürcüstan və Ukraynanın NATO-ya üzv qəbul olmaq meyllərini dəstəkləyən qanun layihəsini imzalayıb
# 11 aprel 2007 08:27 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş Gürcüstan və Ukrayna da daxil olmaqla beş ölkənin gələcəkdə NATO-ya üzv qəbul olmasını dəstəkləyən qanun layihəsini imzalayıb. APA-nın ABŞ bürosunun məlumatına görə, bu qanun adı çəkilən ölkələrlə yanaşı Albaniya, Xorvatiya və Makedoniyanın hərbi alyansa üzvlük meyllərini dəstəkləməyi nəzərdə tutur. “NATO-nun azadlıq konsolidasiyası” adlı qanuna əsasən, bu ölkələrin bloka daxil olması ilə yanaşı onların hərbi sektorunun maliyyələşməsinə də əlavə vəsaitlər ayrılacaq. 1994-cü ildə qəbul olunan NATO ilə əməkdaşlıq aktına əsasən, ölkələrə 42 milyon dollar vəsait ayrılacaq. Bu vəsaitin 12 milyon dolları 2008-ci maliyyə ilində xərclənəcək. Qalan 30 milyon dolların bu ölkələrin büdcəsinə 2012-ci ilə kimi ayrılması nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR