Kondoliza Rays: “Rusiya anlamalıdır ki, keçmiş sovet respublikalarının SSRİ-nin tərkib hissəsi olduğu günlər keçib”

Kondoliza Rays: “Rusiya anlamalıdır ki, keçmiş sovet respublikalarının SSRİ-nin tərkib hissəsi olduğu günlər keçib”
# 11 aprel 2007 08:33 (UTC +04:00)
“Biz istəyirik ki, Rusiya keçmiş sovet respublikaları ilə müstəqil dövlət kimi yaxşı əlaqələrə malik olsun. Bu ölkələrin Sovet İttifaqının tərkib hissəsi olduğu günlər keçib və münasibətlər iqtisadi, ticarət əlaqələrinin inkişafı əsasında qurulmalıdır”. APA-nın xəbərinə görə, bu sözləri ABŞ dövlət katibi Kondoliza Rays Rusiyanın postsovet məkanındakı separatçı rejimləri dəstəkləməsi ilə bağlı suala cavab verərkən deyib. O bildirib ki, Rusiyanın öz qonşularına müəyyən təsiri olmalıdır, çünki bütün qonşu ölkələr bir-birinə təsir göstərir: “Amma bu təsir həmin ölkələrin müstəqilliyinə hörmət çərçivəsində olmalıdır”. K. Rays istiqlaliyyətini yeni qazanmış ölkələrin müstəqil xarici siyasət yeritmək hüququna malik olduğunu vurğulayaraq bu dövlətlərlə güclü əlaqələr quracaqlarını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR