Ermənilərin BMT-nin mənzil-qərargahında təxribat törətmək cəhdinin qarşısı alınıb

Ermənilərin BMT-nin mənzil-qərargahında təxribat törətmək cəhdinin qarşısı alınıb
# 12 aprel 2007 10:55 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, ermənilər Afrika ölkəsinə həsr olunan stendin yanında “bir milyon ermənin Türkiyədə qətlə yetirilməsini təsdiq edən” lövhələr qurmağı nəzərdə tutsalar da, Türkiyə diplomatlarının müdaxiləsindən sonra BMT-nin İctimai Məlumat Departamenti ümumiyyətlə sərgini qapatmaq qərarına gəlib. Qurumun mətbuat xidmətinin əməkdaşı Fərhan Haq bəyan edib ki, BMT təşkilatın yaradılmasından çox əvvəllər baş vermiş hadisələrə münasibət bildirmir və Ruandada baş vermiş genosidə həsr olunan sərgi məhz bu ölkənin faciəvi tarixinə aid olmalıdır. İctimai Məlumat Departamentinin qərarı Ermənistanın bu qurumdakı səfiri Armen Martirosyanin etirazına səbəb olub. Qeyd edək ki, Ruandada soyqırımı 14 il bundan əvvəl ölkənin azlıq təşkil edən Tutsi icmasına qarşı törədilib. Beynəlxalq təşkilatların hesablamalarına görə, 100 gün ərzində Hutu qəbiləsinə məxsus silahlılar 500 000 min mülki şəxsi qətlə yetiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR