ABŞ prezidenti postuna namizəd Hillari Klinton öz seçki fondu üçün rekord miqdarda ianə toplayıb

ABŞ prezidenti postuna namizəd Hillari Klinton öz seçki fondu üçün rekord miqdarda ianə toplayıb
# 16 aprel 2007 08:44 (UTC +04:00)
ABŞ prezidenti postuna ən şanslı namizədlərdən sayılan Hillari Klinton öz seçki fondu üçün 31 milyon dollar ianə toplamağa müvəffəq olub. APA-nın ABŞ bürosunun məlumatına görə, bu məbləğə ötən il Senata keçirilən seçkilər zamanı seçki fondundan xərclənməmiş 10 milyon dollar da daxildir. ABŞ-ın sabiq birinci xanımının əsas rəqibi, demokrat Barak Obamanın seçki fonduna 25,8 milyon dollar ianə daxil olub. Hillari Klintonun tərəfdarları öz namizədlərinin rekord miqdarda ianə toplamasını onun bütün amerikanlar tərəfindən dəstəkləndiyi anlamına gəldiyini bildirirlər. Ümumilikdə isə son 30 ildə ABŞ vətəndaşları ilk dəfə olaraq respublikaçılara nisbətdə demokrat namizədlərin seçki fondlarına daha çox pul köçürüblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR