Vircinya Texnologiya Universitetində baş verən insident 33 tələbənin ölümü, 29 nəfərin yaralanması ilə nəticələnib

Vircinya Texnologiya Universitetində baş verən insident 33 tələbənin ölümü, 29 nəfərin yaralanması ilə nəticələnib
# 17 aprel 2007 10:27 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, universitetin yataqxanasında sevdiyi qızı başqası ilə görən 20 yaşlı şəxs onlara hücum edib. Yataqxanada yaşayanlar davanı sakitləşdirmək üçün tələbə müşavirini hadisə yerinə çağırıblar. Müşavir gəncləri sakitləşdirmək istədikdə 20 yaşlı gənc tapançadan atəş açaraq müşaviri və sevdiyi qızı güllələyib. Daha sonra universitetin auditoriyalarına girən qatil tələbələrə atəş açmağa başlayıb, bir auditoriyada isə tələbələri divarboyu düzərək güllələyib. Daha sonra qatil özünü güllələyib. İnsident nəticəsində ümumilikdə 33 nəfər ölüb, 29 nəfər isə yaralanıb. ABŞ polisi qatilin şəxsiyyətini dəqiqləşdirsə də, onun adını açıqlamır. Digər tərəfdən yataqxanada və universitetdə tələbələrə eyni deyil, iki fərqli şəxsin atəş açdığı versiyası da araşdırılır. Bəzi kütləvi informasiya vasitələri qatilin özünü öldürmədiyi, əksinə polis tərəfindən saxlandığı barədə məlumatlar yaysa da, bu fakt hələlik təsdiqlənməyib. Hadisə yerindən iki tapança götürülüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR