Amerikalı vəkil Günay Evinc: “Qondarma soyqırımı iddialarına son qoymaq üçün Türkiyə hökuməti Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməlidir”

Amerikalı vəkil Günay Evinc: “Qondarma soyqırımı iddialarına son qoymaq üçün Türkiyə hökuməti Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməlidir”
# 17 aprel 2007 10:44 (UTC +04:00)
Amerika Türkiyə Assosiasiyaları Assambleyası Nyu-Yorkda qondarma “erməni soyqırımı” iddialarının ifşasına həsr olunmuş konfrans keçirib. APA-nın ABŞ bürosunun məlumatına görə, konfransda cəmiyyətin Vaşinqton şəhər nümayəndəliyinin sədr müavini, amerikalı vəkil Günay Evinç və ABŞ-ın məşhur hüquqşünaslarından sayılan Brüs Fein də çıxış ediblər. Cənab Evinç qondarma soyqırımı iddialarına son qoymaq üçün Türkiyə hökumətinin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsini vacib sayıb. O, 1820-1920-ci illər ərzində “soyqırımı” baş verdiyi iddia olunan ərazilərdə 40-a yaxın erməni üsyanı nəticəsində 150 min türkün qətlə yetirildiyini bildirib. Günay Evinç həmin dövrdə erməni millətçilərinə qoşulmayan yerli ermənilərin 1915-1923-cü illərdə heç bir problemlə üzləşmədiyi faktını xatırladıb. Türkiyə mənşəli vəkil siyasətə yox, hüquq və tarixə istinadən qərar verə biləcək birgə türk-erməni komissiyanın yaradılması fikrini də dəstəkləyib. Konfransın sonunda “Erməni üsyanı” sənədli filminin nümayişi olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR