Uydurma “erməni soyqırımı”nı tanıyan ABŞ ştatlarının sayı artır

Uydurma “erməni soyqırımı”nı tanıyan ABŞ ştatlarının sayı artır
# 18 aprel 2007 11:28 (UTC +04:00)
ABŞ-ın Nevada ştatının qubernatoru 24 apreli “Erməni soyqırımını anma günü” elan edib. APA-nın xəbərinə görə, qubernator Ceyms Gibson yazılı açıqlamasında “erməni soyqırımı 20-ci əsrin ilk soyqırımıdır” ifadəsini işlədib. Xatırladaq ki, Kaliforniya ştatının qubernatoru Arnold Şvartsnegger 22-29 aprel tarixlərini “Erməni soyqırımını anma günləri” elan edib. Viskonsin və Delaver ştatları da 24 apreldə uydurma “soyqırım”ın ildönümünü qeyd edəcəklər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR