Corc Buş ənənəvi 24 aprel bəyanatında 1915-ci il hadisələrini soyqırımı kimi dəyərləndirməkdən imtina edib

Corc Buş ənənəvi 24 aprel bəyanatında 1915-ci il hadisələrini soyqırımı kimi dəyərləndirməkdən imtina edib
# 25 aprel 2007 07:49 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Ağ Evin yaydığı mətndə ABŞ prezidenti həmişə olduğu kimi həmin dövrün hadisələrini faciə kimi dəyərləndirib. Corc Buş həmçinin Türkiyə və Ermənistanda iki millət arasında sülhün bərqərar olmasına çalışan insanları dəstəklədiyini deyib. “Osmanlı imperiyasında son illərində baş verən tarixi hadisələrin səmimi və aşkar şəkildə araşdırılması münasibətlərin bərpa olunmasında mühüm rol oynayır. Amerika Birləşmiş Ştatları tarixə birgə yanaşmanı göstərən insanları dəstəkləyir”. Ağ Ev sahibi müraciətində Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün səylərini davam etdirəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR