ABŞ Konqresinin dörd üzvü qondarma “erməni soyqırımı”nın tanınması layihəsinə atdıqları imzadan imtina ediblər

ABŞ Konqresinin dörd üzvü qondarma “erməni soyqırımı”nın tanınması layihəsinə atdıqları imzadan imtina ediblər
# 25 aprel 2007 07:59 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, artıq qətnamə layihəsinə imza atan Konqres üzvlərindən dördü öz imzasından rəsmən imtina edib. Qondarma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan layihəni dəstəkləməkdən imtina edən konqresmenlər respublikaçılar Denis Moor, Phil English, Adam Purtnam və demokrat David Skotdur. Devid Skot yerli mətbuata verdiyi açıqlamada bildirib ki, qətnaməyə imza atan zaman 1915-ci ildə Türkiyədə baş verən hadisələrin mahiyyətindən xəbərsiz olub. “Mən əslində həmin hadisələrin tarixi və gerçək mahiyyətindən xəbərsiz olmuşam. Sadəcə demokrat Adam Şifin xahişi ilə bu qətnamə layihəsinə imza atdım və soyqırımı faktını tanımağa yönəlik kampaniyaya qoşuldum. Hadisələrin əsl mahiyyəti mənə aydın olduqdan sonra öz imzamdan rəsmən imtina etmişəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR