Kondoliza Rays İranın xarici işlər naziri ilə görüşə bilər

Kondoliza Rays İranın xarici işlər naziri ilə görüşə bilər
# 25 aprel 2007 08:58 (UTC +04:00)
ABŞ dövlət katibi Kondoliza Rays mayın əvvəlində Misirdə İraqla bağlı keçiriləcək konfrans zamanı İranın xarici işlər naziri Mənuçöhr Mottaki ilə görüşə bilər. APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Corc Buş deyib. O bildirib ki, görüş baş tutsa, yalnız konfransın mövzusu və İraq məsələsi müzakirə oluna bilər: “İranlılarla ikitərəfli görüş masasına əyləşməyəcəyik”. C. Buşun sözlərinə görə, yalnız İranın nüvə silahı yaratmaq niyyətindən vaz keçmək fikri olarsa, bu ölkə ilə danışıqlar aparmaq olar. Qeyd edək ki, hələlik Tehran Misirdəki konfransda iştirakla bağlı qərar verməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR