“Los Angeles Times” qəzetinin redaktoru erməni müxbirin uydurma “soyqırım” mövzusunda yazısını çapa verməyib

“Los Angeles Times” qəzetinin redaktoru erməni müxbirin uydurma “soyqırım” mövzusunda yazısını çapa verməyib
# 01 may 2007 09:52 (UTC +04:00)
ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetində uydurma “erməni soyqırımı” barədə məqalə çap etmək cəhdi qalmaqalla nəticələnib. APA-nın ABŞ bürosunun xəbərinə görə, qəzetin redaktoru Duqlas Frantz nəşrin erməni mənşəli müxbiri Mark Araxın qondarma “soyqırım”ın növbəti ildönümündə hazırladığı reportajı çap etməkdən imtina edib. D. Frantz müxbirin öz yazısında mövqe nümayiş etdirdiyini və hadisələri birtərəfli işıqlandırdığını deyib. Redaktor öz mövqeyini əsaslandıraraq bildirib ki, hələ 2005-ci ildə M. Arax və qəzetin daha dörd erməni əsilli əməkdaşı “Los Angeles Times”ın baş redaktoruna məktub yollayaraq redaktə siyasətində bundan sonra 1915-1923-cü il hadisələrinin daim soyqırım kimi təqdim olunmasını tələb ediblər. Eyni zamanda D. Frantz bəyan edib ki, daha çox “petisiya”ya bənzəyən məqaləni qəzetin baş səhifəsində çap etmək üçün M. Arax “Los Angeles Times”ın Vasinqton bürosunun daha bir erməni əsilli redaktoru Robert Ourliyanla sövdələşib. Buna görə D. Frantz “soyqırım” barədə xəbəri yazmağı digər müxbir Riç Simona tapşırıb. Aprelin 21-də Riç Simon “Erməni soyqırımı barədə Konqres qətnaməsinin qəbulu hələ qeyri-müəyyəndir” başlıqlı xəbər dərc edib. Buna etiraz olaraq M. Arax “Los Angeles Times” qəzetinin sahibi və baş redaktoruna yazılı müraciət edərək milli zəmində sıxışdırıldığını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR