ABŞ tarixində ilk dəfə milliyyətcə türk olan şəxs federal hakim təyin edilib

ABŞ tarixində ilk dəfə milliyyətcə türk olan şəxs federal hakim təyin edilib
# 04 may 2007 09:37 (UTC +04:00)
Amerika Türk Assambleyaları Assosiasiyasından APA-ya verilən məlumata görə, Xəlil Süleyman Özürdən Missisipi ştatının cənub ərazi bölgəsində hakim səlahiyyətlərini icra edəcək. Ştatın senatoru Trent Lott Həlil Özürdənin təyinatını alqışlayaraq bəyan edib ki, cənab Özurdən Amerikanın yeganə türk mənşəli federal hakimidir. “Biz onu milli mənsubiyyətinə görə hakim seçməsək də, hakimin türk olması faktdır. İnanıram ki, onun fövqəladə professional keyfiyyətləri ölkənin ədalət sisteminin daha da inkişafına xidmət edəcək”. Qeyd edək ki, Xəlil Süleyman Özürdən Stanford Universitetinin hüquq fakültəsini bitirib. ABŞ-ın İraq və Somalidə həyata keçirdiyi hərbi əməliyyatlarda qırıçı təyyarənin kapitanı kimi döyüşlərdə iştirak edib və medallarla təltif olunub. Hazırda ölkə üzrə 94 federal hakim vəzifəsi var, Xəlil Süleyman Özürdən bu vəzifəyə təyin edilən ilk türkdür. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR