ABŞ Rusiya ilə Kosovonun gələcək statusu problemini müzakirə edəcək

ABŞ Rusiya ilə Kosovonun gələcək statusu problemini müzakirə edəcək
# 04 may 2007 16:51 (UTC +04:00)
ABŞ Rusiya ilə Kosovonun gələcək statusu problemini müzakirə edəcək. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə ABŞ dövlət katibinin müavini Nikolas Börns bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının üzvlərinin böyük əksəriyyəti Kosovoya müstəqilliyin verilməsini dəstəkləyən planı müdafiə edir. O, eyni zamanda qarşıdakı 30 gün ərzində Rusiyanın xarici işlər nazirinin müavini Vladimir Titovla görüşmək niyyətində olduğunu bildirib. Müzakirələrin əsas mövzusunu BMT-nin Kosovoya dair ortaq qərar qəbul etməsinə zəmin yaratmaq təşkil edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR