Daha bir konqresmen uydurma “erməni soyqırımı”na verdiyi dəstəkdən imtina edib

Daha bir konqresmen uydurma “erməni soyqırımı”na verdiyi dəstəkdən imtina edib
# 11 may 2007 11:27 (UTC +04:00)
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Dik Gephardt qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinə dəstək verməkdən imtina edib. APA-nın ABŞ bürosunun xəbərinə görə, bu barədə layihənin həmmüəllifləri Frenk Pallone və Adam Şiff həmkarlarına göndərdikləri məktubda məlumat veriblər. D. Gephardtın addımı onun Türkiyə ilə yeni layihələr üzərində işləməsi ilə izah olunub.
Qeyd edək ki, bundan əvvəl daha 4 konqresmen uydurma “soyqırım”ın tanınmasını nəzərdə tutan 106 saylı qətnamə layihəsindəki imzalarını geri götürmüşdü. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR