BMT-nin baş katibi Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibəti ilə müraciət ünvanlayıb

BMT-nin baş katibi Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibəti ilə müraciət ünvanlayıb
# 16 may 2007 11:50 (UTC +04:00)
BMT-nin Baş Katibi Ban Ki Mun Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibəti ilə müraciət ünvanlayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, XIX əsrin ortalarında teleqrafın meydana gəlməsindən bəri Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) bütün dünyada insanların ünsiyyəti üçün şərait yaradılmasında əsas rollardan birini oynayıb. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin iki mərhələsi uğurla başa çatdıqdan sonra bütün Birləşmiş Millətlər sistemi İKT və inkişaf proseslərini bir-biri ilə sıx əlaqələndirən fəaliyyət planını həyata keçirməkdə qərarlıdır. Müraciətdə baş katib həmçinin bildirib ki, Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusu “Gəncləri birləşdirək”dir: “Ona görə də mən siyasi xadimləri və sənaye liderlərini ortaq bir fikrə gələrək İKT-nin istifadəsinə kömək edən uyğun texnologiya, təminat və xidmətlər istehsal etmək üçün uşaq və gənclərlə birgə işləməyə çağırıram. Bütün maraqlı tərəfləri gəncləri birləşdirmək və həqiqətən də açıq, hər kəsi əhatə edən və inkişafa istiqamətlənmiş bir informasiya cəmiyyəti qurmaq üçün onlardan asılı olan hər şeyi etməyə çağırıram”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR