Mərkəzi Kəşfiyyat İdarəsinin saytında Qarabağla bağlı yanlışlığa yol verilib

Mərkəzi Kəşfiyyat İdarəsinin saytında Qarabağla bağlı yanlışlığa yol verilib
# 21 may 2007 15:36 (UTC +04:00)
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) saytında Ermənistana aid bölmədə Dağlıq Qarabağın 1920-ci ildə Moskva tərəfindən Azərbaycana verildiyi yazılıb. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahim APA-ya bildirib ki, mətndəki “verilib” ifadəsi ingilis dilindən tərcümədə müxtəlif cür başa düşülə bilər: “Biz ABŞ tərəfinə müraciət etmişik ki, “verilib” sözü real sənədlərdə əks olunduğu kimi, “Azərbaycanın ərazisi kimi saxlanılıb” ifadəsi ilə dəyişdirilsin”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR