BMT baş katibi: “Ötən il 18 əməliyyatda 100-dən çox sülhməramlı həlak olub”

BMT baş katibi: “Ötən il 18 əməliyyatda 100-dən çox sülhməramlı həlak olub”
# 26 may 2007 10:14 (UTC +04:00)
BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə Baş katib 2006-cı ildə BMT tərəfindən ilk dəfə olaraq 100 mindən çox sülhməramlının səfərbər edildiyini bildirib: “Hazırda 115 ölkə BMT-nin sülhməramlı əməliyyatları üçün hərbçi heyəti ayırır. Bu rəqəmlərin hər ikisi indiyədək qeyd olunmuş ən yüksək göstəricidir”. Sülhməramlıların qaçqınların və məcburi köçkünlərin evlərinə qayıtmasını, qanunsuz silahlı dəstələrin tərksilah olunmasını, insanların demokratik seçkilərdə iştirakını təmin etdiklərini vurğulayan B. G. Mun bu nailiyyətlərlə qürur duyulmalı olduğunu bəyan edib. Baş katib bildirib ki, əldə edilən uğurlarla kifayətlənmək olmaz: “Biz qarşıdan gələn təhdidlərə cavab verməyə hazır olmaq üçün yollar axtarmalıyıq”.
BMT-nin baş katibi öz hərbi qüvvələrini təqdim edən ölkələrdən köməklərini davam etdirməyi istəyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR