Perunun sabiq prezidenti Alberto Fuximori ev dustağı edilib

Perunun sabiq prezidenti Alberto Fuximori ev dustağı edilib
# 09 iyun 2007 11:24 (UTC +04:00)
Çilidə saxlanılan sabiq Peru prezidenti Alberto Fuximorinin ev dustağı edilməsi haqqında qərar çıxarılıb. APA-nın məlumatına görə, Çili məhkəmə orqanları bu addımı ölkəsinə ekstradisiya edilmək ərəfəsində olan Alberto Fuximorinin başqa dövlətə qaçmasının qarşısını almaq məqsədilə atıb. Qeyd edək ki, milliyyətcə yapon olan sabiq prezident 2000-ci ildə Yaponiyadan sığınacaq alıb. Həmin il Çiliyə səfər edən Fuximori Peru rəsmi dairələrinin tələbi əsasında həbs edilib. Rəsmi Santyaqo Fuximorini Peruya ekstradisiya edilməsi barədə qərar çıxarıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR